Bunu yazmağımın səbəbi insanların ( əlbəttə hamısını nəzərdə tutmuram ) təbiətə və təbiətin ayrılmaz parçası olan heyvanlara olan amansız VƏHŞİLİYİDİR! Son zamanlarda tez-tez “Qlobal istiləşmə” sözünü eşidirik.Bu isə heç də yaxşı deyil, hətta bəşəriyyətin gələcəyini naməlum edən səbəblərdəndir.Bu mövzuda əsas məsuliyyəti daşıyan ( daşımalıyıq, ancaq daşımaq istəmirik ) insanlardır! Bu mövzuda Dünya ölkələri tərəfindən müxtəlif tədbirlər görülür.Ancaq yetərsizdir.Çünki onlar bir tərəfdən ölkələrə pul qazandıran böyük fabriklərə, zavodlara göz yumurlar. Buna görə də bu tədbirlərin “yaxşı” nəticələrini görə bilmirik.Ancaq bir çıxış yolu var.Bu isə bəşəriyyətin birləşib bu dünyanı gələcək nəsillər üçün daha gözəl yaşana bilər dünya etmək məqsədi olmalıdır.Bunun üçün hər bir insan öz üzərinə düşən vətəndaş məsuliyyətini bilməlidir. Ancaq insanlar ( hamısını nəzərdə tutmuram ) bunu başa düşmürlər.Bir gün başa düşəcəklər, ancaq çox gec olacaq.Günü-gündən müasirləşən dünyada hər gün minlərlə heyvan və ağaclar məhv edilir.Bu isə ekosistemi məhv edir.Bu da “insanlığın sonunu insanlıq gətirəcək” fikrini çıxardır. Qlobal istiləşmə nəticəsində buzlaqlar əriyir, bu isə buzlaqlarda yaşayan heyvanların ( ağ ayılar, pinqvinlər və s. canlılar ) “Qırmızı kitab”a düşməsinə səbəb olur.Aşağıdakı şəkillər arasında 100 il fərq var!

İnsanlar sağlıqlı qidalarla ( meyvə, tərəvəz və s.) qidalanmağı sevirlər.Bir dəqiqə.Bizim qidalanmağı sevdiyimiz bu qidaların olmasının 70%-dən çoxu arıların olmasına görə imiş.Albert Eynşteynin bu haqda gözəl aforizmi var:
“Kənd təsərrüfatına laqeyd yanaşan bir ölkə intihar edir. İnkişaf etmiş bir ölkənin səmasında neçə təyyarənin uçması vacib deyil, nə qədər arının uçması vacibdir. Arılar ölərsə, yaxın illərdə insanlar da ölər.”
Təbiət haqqında Hubert Reeversin də bir aforizmi var:
“Təbiətlə müharibə halındayıq, qazansaq uduzacağıq.”

Ancaq bir çox ölkə bunu başa düşüb və lazımsız fabrikaların əvəzinə öz təbiətini qorumağa çalışır.
Ona görə də hamımızı vətəndaş borcumuzu dərk edib təbiət qayğı göstərməyə çağırıram çünki qazansaq, uduzacağıq!

👏🏻🙌🏻👍🏻
Bəyəntərəfindən bəyənildi 1 şəxs